rs

Erməni əsilli amerikalı televiziya ulduzu Kim Kardaşyan xəstəxanaya yerləşdirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Keeping Up With the Kardashians” realiti-şousunun yeni mövsümünün treylerində bildirilib.

Məlumata görə, Kardaşyan qida borusunun iltihabından əziyyət çəkir və ezofagit diaqnozu qoyulub.

Kardaşyanın diaqnozu ailəsində də narahatlıq yaradıb. Buna səbəb onun atası, tanınmış vəkil Robert Kardaşyanın xəstəlik tarixçəsidir.

Robert Kardaşyan 2003-cü ildə 59 yaşında qida borusu xərçəngindən vəfat edib.

Qeyd edək ki, ezofagit və xərçəng eyni diaqnoz deyil. Bununla belə, qida borusunun xroniki iltihabı bəzi hallarda selikli qişada dəyişikliklərə səbəb ola və xərçəng riskini artıra bilər.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: