ukrayna rusiya 900x506 2

Rusiya rəsmilərinin Ukrayna hərbçilərinin Xarkov vilayətində Volçansk və Velikiy Burluk arasında mühasirəyə alındığı barədə iddialar reallığı əks etdirmir”. 

Globalinfo.az xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb.

“Bölgədəki vəziyyət təhlil edilib, Ukrayna ordusunun genişmiqyaslı mühasirəyə düşdüyünü göstərən hər hansı sübut yoxdur. Rusiya qüvvələri sözügedən istiqamətdə Ukrayna bölmələrinin ətrafında mühasirə halqası yarada bilməyib”, – deyə bildirilib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: