lavrovv

ABŞ-ın Qəzza zolağı ilə bağlı planı iflas edir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Qəzza zolağı ilə bağlı plan uğursuzluğa düçar olur, çünki İsrail onun həyata keçirilməsini istəmir. ABŞ Prezidenti Donald Trampın NATO müttəfiqləri – Kanada və Danimarka ilə də Qrenlandiya məsələsi ilə bağlı problemləri var. Dünyaya rəhbərlik etmək və “birqütblü dünya” qurmaq istəyi amerikalıların düşüncəsində dərin kök salıb”, – deyə o, “RBC”nin efirində bildirib.

Qeyd edək ki, Trampın Qəzza zolağı ilə bağlı 20 bənddən ibarət planı HƏMAS-ın tərksilah edilməsini, Fələstin üçün müvəqqəti hökumətin yaradılmasını, İsrail qüvvələrinin mərhələli şəkildə geri çəkilməsini və Qəzzanın genişmiqyaslı yenidən qurulmasını nəzərdə tutur. Planın əsas məqsədi bölgəni demilitarizasiya olunmuş və terrorizmdən azad əraziyə çevirməkdir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: