mektebehazirliq

Məktəbəhazırlıq qrupları üzrə yerlərin sayı 85 mindən 104 minə yüksəlib.

Globalinfo.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov təhsil işçilərinin sentyabr konfransında deyib.

Onun sözlərinə görə, bununla ölkə üzrə 5 yaşlı uşaqların təxminən 93 faizinin məktəbəhazırlıq təhsili ilə əhatəsi üçün imkan yaradılıb:

“Bu, son illər qeydə alınan ən yüksək göstəricidir”.

Paylaş: