2025 03 27T145646Z 1669459301 RC2QLDANDOO8 RTRMADP 3 UKRAINE CRISIS EUROPE pic4 zoom 1500x1500 39787

Fransa Prezidenti Emmanuel Makron ölkənin yeni baş nazirinin adını oktyabrın 10-da açıqlayacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

“Yeni baş nazir kabineti formalaşdıra bilməsə, Makron ya parlament seçkiləri təyin etməli, başqa baş nazir təyin etməli, ya da istefaya getməli olacaq”, – deyə bildirilib.

Qeyd edək ki, oktyabrın 6-da Yelisey sarayı Fransanın baş naziri Sebastian Lekornunun istefa ərizəsini təqdim etdiyini və Makronun bunu qəbul etdiyini açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: