bolqaristan 1

İran Xarici İşlər Nazirliyi ölkəyə qarşı hərbi əməliyyatlarda iştirak edən qüvvələrə və onların fəaliyyətinə şərait yaradan dövlətlərə dair sərt mövqeyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İran XİN sözçüsü İsmayıl Bəqayi danışıb.

O bildirib ki, yanacaqla işləyən bəzi hərbi təyyarələrin Bolqarıstandan havaya qalxması barədə məlumatlar var:

“Bolqarıstanın bəzi siyasətçiləri və ictimaiyyət nümayəndələri də bu fəaliyyətin ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarına dəstək xarakteri daşıdığını bildiriblər. İran heç bir ölkəni özünə təhdid hesab etmir. Bununla belə, hansısa dövlət öz ərazisini və ya imkanlarını İran əleyhinə qanunsuz hərbi əməliyyatlar üçün təqdim edərsə, vəziyyət fərqli qiymətləndiriləcək. Beynəlxalq hüquq çərçivəsində təcavüz aktının başladığı mənbəni hədəfə almaq Tehran üçün legitim müdafiə hüququ sayılır. İranın ölkənin müdafiəsi məsələsində güzəştə getmək niyyəti yoxdur”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: