Şoltsdan Ukrayna açıqlaması: “Təəccüblənirəm”

news 2023 03 14 220935 273382

“Almaniyanın Ukraynaya dəstəyi azaltmaq niyyəti yoxdur”.

Globalinfo.az xəbər verir ki, Almaniya kansleri Olaf şolts bu barədə səslənən iddiaları rədd edib.

Onun sözlərinə görə, Kiyevə dəstək verməklə bağlı Berlinin mövqeyində heç bir qeyri-sabitlik yoxdur.

“2025-ci ildə Kiyevə yardım üçün Almaniyanın dövlət büdcəsinə dörd milyard avro daxil edilib. Odur ki, bu məsələ ilə bağlı müzakirələrdən təəccüblənirəm”, – deyə Şolts vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az