Serbiya prezidenti Aleksandr Vuçiç xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərləri təkzib edib.
Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, o, “Sputnik Serbiya”ya açıqlamasında məlumatı təkzib edib.
Ölkənin baş naziri yazıb ki, opponentləri “Vuçiçi məğlub edə bilmədikləri üçün onun ölməsini istəyirlər”.
***09:37
Serbiya Prezidenti Aleksandar Vuçiç təcili xəstəxanaya yerləşdirilib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb.
Vuçiçin xəstəxanaya yerləşdirilməsinin səbəbi açıqlanmır. Serbiya hakimiyyəti hələlik bu məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd olunur ki, dörd il əvvəl Vuçiç artıq ürək-damar xəstəliyi səbəbindən xəstəxanaya yerləşdirilmişdi.