Sentyabrın 1-də Romada Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyinin yeni binasının açılışı olub.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Əvvəlcə dövlət başçısı səfirliyin həyətində ağac əkib.
Sonra Prezident İlham Əliyev yeni binada yaradılan şəraitlə tanış olub.