Netanyahu sad 900x600 2

İsrailin Baş naziri Benyamin Netanyahu aprelin 29-da məhkəməyə müraciət edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Netanyahunun müraciətində məhkəmə prosesinin qısaldılmasını istədiyi bildirilir. O, bunu təhlükəsizlik səbəbləri ilə əsaslandırıb.

Lakin  məhkəmə bu tələbi qəbul etməyib və prosesin müddətini qısaltmaqdan imtina edib.

Qeyd edək ki, Benyamin Netanyahu korrupsiya ilə bağlı bir neçə ayrı iş üzrə ittiham olunur, hazırda onun barəsində istintaq prosesi davam edir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: