Türkiyədə polis 8 il ərzində qadın qiyafəsində gizlənərək və bacısının sənədlərindən istifadə edərək hüquq-mühafizə orqanlarından yayınan şəxsi saxlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Gulf News” yazıb.
Bildirilib ki, Tuğrul Bar adlı şəxs 2018-ci ildən axtarışda olub. O, oğurluq və özünü dövlət qulluqçusu kimi təqdim etmə ilə bağlı işlər üzrə həbs cəzasına məhkum edildikdən sonra həbsdən yayınmaq üçün saç düzümünü, görünüşünü və geyim tərzini dəyişib, gündəlik həyatda özünü qadın kimi təqdim edib.
Polis yoxlamaları zamanı türk vətəndaşı bacısının şəxsiyyət vəsiqəsini göstərib. Qaçağı maliyyə əməliyyatları vasitəsilə müəyyən etmək mümkün olub. Belə ki, istintaqçılar Barın bacısının bank kartlarından İstanbulda alış-verişlər edildiyini müəyyənləşdiriblər. Halbuki rəsmi məlumatlara görə, həmin vaxt bacısı Türkiyədən kənarda olub.
Polis Kadıköy rayonundakı ünvana nəzarət təşkil edib və daha sonra evdə axtarış aparıb. Orada qadın geyimində olan şəxs saxlanılıb. Onun əsl kimliyi barmaq izləri vasitəsilə müəyyən edilib.
T.Bar əvvəlki məhkəmə qərarı ilə təyin olunan cəzanı çəkməsi üçün həbsxanaya göndərilib. Bundan əlavə, onun barəsində başqasının sənədlərindən istifadə və özünü başqa şəxs kimi təqdim etmə şübhəsi ilə yeni araşdırma başladılıb.
Əliyar Xəlil
Globalinfo.az