trampp 900x600 2

ABŞ Prezidenti Donald Tramp müşavirlərinə İrana qarşı hərbi əməliyyatları bitirmək istədiyini söyləyib. Tramp hətta Hörmüz boğazı ümumilikdə gəmilərin keçidi üçün bağlı qalsa belə, müharibəni bitirmək niyyətində olduğunu bildirib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşr yazır ki, Tramp administrasiyası Hörmüz boğazında nəqliyyatın bərpasının hərbi əməliyyatların altı həftəlik qrafikindən geri qalmasına səbəb olacağını düşünür:

“ABŞ lideri Vaşinqtonun İran donanmasının zəiflədilməsi və raket ehtiyatlarının məhv edilməsi kimi əsas hədəflərinə çatdıqdan sonra döyüş əməliyyatlarını dayandırmaq qərarına gəlib. Tramp Hörmüz boğazının açılması məsələsini diplomatik yollarla həll etmək istəyir.

Əgər diplomatik üsullar uğursuz olarsa, ABŞ Avropaya və Fars körfəzi ölkələrinə təzyiq göstərəcək”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: