helikopter qeza 12

Rusiya ordusu “İskəndər” operativ-taktiki raket kompleksi ilə Dnepr aerodromunda yerləşən Ukrayna Hərbi Hava Qüvvələrinin “MiQ-29” təyyarəsini məhv edib.

Globalinfo.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qurum kaset döyüş başlıqlı raket zərbəsinin kadrlarını dərc edib.

Bildirilib ki, hücum nəticəsində Ukrayna Silahlı Qüvvələrinin bir “MiQ-29” qırıcısı və 15-ə qədər mühəndis-texniki heyəti məhv edilib.

***13:58

Rusiya qoşunları Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsini məhv edib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi yerdə məhv edib. Həmçinin hava hücumundan müdafiə sistemləri tərəfindən Fransa istehsalı olan 3 “Hammer” idarəolunan bomba, ABŞ istehsalı olan 8 HİMARS raketi və 59 təyyarə tipli pilotsuz uçuş aparatı vurulub”, – deyə məlumatda bildirilir.

Paylaş: