76 yaşlı aktyor ona baxan köməkçisi ilə evləndi

Rusiyanın Əməkdar artisti, bəstəkar, produser  “Na-Na” qrupunun yaradıcısı 76 yaşlı Bari Alibasov gizli şəkildə evlənib. 

Globalinfo.az xəbər verir ki, Bari Alibasov bunu özü etiraf edib.

Əməkdar artist əslən Donbaslı olan şəxsi köməkçisi, baxıçısı Yelena ilə evləndiyini bildirib:

“Heç bir şənlik olmadı. getdik, nikah sənədini imzaladıq və gəldik. Restorana belə getmədik . Sakit şəkildə evləndik və həyatımıza davam etdik. Evliliyimizi reklam etməməyə qərar vermişdik”.

Qeyd edək ki, Bari Alibasov daha öncə 7 dəfə evləndiyini deyib.

Əliyar Xəlil
Globalinfo.az