armen qriqoryan

“Sülh yalnız sərhədlərdə deyil, həm də sabit və proqnozlaşdırılan mühitin formalaşmasında, gərginliyin azalmasında və Ermənistanla Azərbaycan arasında etimadın gücləndirilməsində öz əksini tapır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Bu gün sülh sadəcə arzu deyil, gündəlik həyatımızın reallığıdır. Vaşinqtonda baş tutan Zirvə görüşü mühüm dönüş mərhələsi kimi qiymətləndirilir. Sözügedən görüş Ermənistanla Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı anlaşmanın inkişafı üçün yeni imkanlar yaradıb. Həmin tarixdən sonra Azərbaycan Ermənistana tətbiq etdiyi tranzit məhdudiyyətlərini ləğv edib.

İkitərəfli əsasda vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri başlayıb. Hazırda vətəndaş cəmiyyətinin üçüncü görüşü Ermənistanda keçirilir ki, bu da dialoqun genişləndiyini göstərir.

Bundan əlavə, yaxın günlərdə dörd erməninin azadlığa buraxılması tərəflər arasında etimadın möhkəmlənməsinə töhfə verib. Sərhədlərdə sabitliyin qorunması da diqqətdədir”, – deyə qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: