WhatsApp Image 2026 01 14 at 16.51.50 1

AzərbaycanErmənistan arasında razılığa əsasən Xaçaturyan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David Tiqrani və Eulcekcian Viken Abraham Ermənistana təhvil verilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan məlumat yayıb.

O bildirib ki, adı çəkilən şəxslər Həkəri çayındakı körpüdən keçirilərək Ermənistan hakimiyyət orqanlarının nümayəndələrinə təhvil verilib.

Paşinyan qeyd edib ki, üç şəxsin sağlamlıq vəziyyəti yaxşıdır,  Vaqif Xaçaturyan isə həkim nəzarəti altındadır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: