“Rusiya və Türkiyə prokurorları terrorizm, kibercinayətkarlıq, qanunsuz miqrasiya, narkotik qaçaqmalçılığı və çirkli pulların yuyulması kimi beynəlxalq təhlükəsizliyə qarşı təhdidlərlə mübarizədə təcrübələrini mübadilə etməyə hazırdırlar”.
Globalinfo.az xəbər verir ki, Rusiyanın baş prokuroru Aleksandr Qutsan deyib.
Qutsan Türkiyəyə işgüzar səfəri çərçivəsində Ankarada ölkənin Ali Apelyasiya Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk ilə görüşüb.
Şentürk görüşün əvvəlində qeyd edib ki, siyasət və iqtisadiyyatda tərəfdaşlıqla yanaşı, məhkəmə-hüquq sahəsində əməkdaşlıq iki ölkə arasındakı münasibətlərin fundamental, ayrılmaz elementlərindən biridir.
Əliyar Xəlil
Globalinfo.az