1464603

“İrana hərbi güc tətbiqi bütün region üçün təhlükəli nəticələrə yol aça bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

“Ümid edirik ki, ABŞ və müttəfiqləri ağıllı addımlar atacaq, daha konstruktiv davranacaqlar. Hər hansı hərbi həll qəbuledilməzdir, təhlükəlidir və regional nəticələr doğura bilər,” – Nebenzya bildirib.

Rusiya nümayəndəsi xatırladıb ki, bu ilin əvvəlində İranı ləkələmək kampaniyası yeni güclə davam etdirildi və ölkədə baş verən etirazlarla bağlı təxribat xarakterli iddialar səsləndirildi.

“Yanvarın 15-də ABŞ-ın tələbi ilə Təhlükəsizlik Şurasında iclas keçirildi və Qərb nümayəndə heyətlərinin açıqlamaları gözlənildiyi kimi yalnız Tehranı ittiham etməkdən ibarət oldu”, – Nebenzya qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: