2023-cü ilin payızında Qarabağı könüllü tərk etmiş 780 erməni ailə (2970 nəfər) Ermənistanın Qazaxla sərhəddə yerləşən Tavuş vilayətində məskunlaşıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

“Cari ilin 16 dekabr tarixinə olan məlumata görə isə, Qarabağdan köçmüş 1882 nəfər (550 ailə) Ermənistanın Tavuş bölgəsində yaşayır. Yəni 2023-cü ildə köçənlərin bir qismi Tavuşu tərk edib”, – məlumatda qeyd edilib.

Bildirilib ki, 230 ailə (1088 nəfər) bölgəni tərk edib. Onların hara getdiyi açıqlanmayıb.

Qeyd edək ki, ermənilər adətən Rusiya və Avropa ölkələrinə köçürlər.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: