“Ukraynanı taktiki məğlubiyyət, amma strateji qələbə gözləyir”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Ukraynanın sabiq xarici işlər naziri Dmitri Kuleba deyib.
Onun sözlərinə görə, tezliklə çox ağır bir həqiqəti etiraf etmək lazım olacaq, lakin bu, gələcək qurmağa imkan verəcək.
“Reallığı qəbul etməkdən imtina bizi geri çəkəcək. Ukraynanın qarşısında taktiki məğlubiyyət, amma strateji qələbə var. Çünki yaxın perspektivdə xoşagəlməz hallar olacaq. Amma biz bu işğalın nədən başladığına baxsaq (yəni bizi dövlət kimi, millət kimi məhv etmək istəyindən) vəziyyət başqa cür görünür”, – Kuleba bildirib.
Safura Bənnayeva
Globalinfo.az