“Polşa Ukraynanın hərbi xidmət yaşında olan vətəndaşlarını məcburi şəkildə ölkələrinə qaytarmayacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Polşanın xüsusi xidmət orqanları üzrə nazir-koordinatoru Tomaş Semonyak deyib.
O bildirib ki, Polşa polisi belə şəxsləri saxlayaraq Ukraynaya təhvil verməyəcək.
“Belə qərar vermişik. Yəni polisimizin həmin şəxsləri saxlayıb Ukraynaya aparması kimi bir addım olmayacaq”, – deyə Semonyak vurğulayıb.
Nazir əlavə edib ki, Polşa hakimiyyəti bu məsələdə hər hansı məcburi və ya güc tətbiqinə əsaslanan variantları nəzərdən keçirmir.
Xatırladaq ki, iyulun 13-də Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış keçirdiyi mətbuat konfransında ölkədə yaşayan bütün gənc ukraynalıların Ukraynaya qayıdaraq orduya qoşulmalı olduqlarını bildirmişdi. O, həmçinin bahalı avtomobillərlə gəzən və ictimai asayişi pozan ukraynalı qaçqınların da vətənlərinə deportasiya edilməli olduqlarını söyləmişdi.
Əliyar Xəlil
Globalinfo.az