“Rusiya KTMT-də sədrliyini “çoxqütblü dünyada kollektiv təhlükəsizlik” şüarı altında keçirəcək”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin KTMT liderlərinin geniş tərkibdə keçirilən iclasında deyib.
Putinin iclasda əsas bəyanatları belə olub:
“Rusiya əsas fəaliyyət istiqamətlərində ardıcıllığın qorunması üçün səy göstərəcək;
KTMT Avrasiya məkanında təhlükəsizlik və sabitliyi etibarlı şəkildə təmin edir;
Rusiya KTMT ölkələrinin silahlanmasının modernləşdirilməsi üçün genişmiqyaslı proqram başlatmağı təklif edir;
Rusiya KTMT üçün yeni antiterror strategiyasının hazırlanmasına başlamağı təklif edir;
Növbəti KTMT sammiti 11 noyabr 2026-cı il tarixində Moskvada keçiriləcək”.
Qeyd edək ki, Ermənistan son illərdə KTMT-dən uzaqlaşıb. Putinin “KTMT ölkələrinin silahlanmasının modernləşdirilməsi” bəyanatı İrəvana “yaşıl işıq” kimi qiymətləndirilir.
Safura Bənnayeva
Globalinfo.az