“NATO bütün əsas sahələrdə Rusiyadan geridədir. Blok daxilində birliyin olmaması təşkilatı faktiki olaraq dağıdır”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş zabiti Larri Conson deyib.
Onun sözlərinə görə, alyans heç bir sahədə Rusiya üzərində üstünlüyə və ya dominantlığa malik deyil:
“Alyans daxilində parçalanmanın əsas səbəbi iqtisadi amillərdir. NATO-nun Avropadakı üzvlərinin heç birinin iqtisadiyyatı 1,5 faizdən çox artmır. Bəziləri isə artıq tam resessiya (geriləmə) mərhələsindədir — xüsusilə Böyük Britaniya, Almaniya və Fransa. Bundan əlavə, Rusiyaya qarşı Qərbin sanksiyalarının güclənməsi bir sıra ölkələrin iqtisadiyyatının zəifləməsinə gətirib çıxarıb. Xüsusilə söhbət Bolqarıstan və Macarıstandan gedir”.
Safura Bənnayeva
Globalinfo.az