WhatsApp Image 2025 10 24 at 12.55.19 1

“Son illərdə biz tez-tez ittiham olunuruq. Düşünürlər ki, hökumətimiz öz tariximizdən imtina etmək istəyir. Amma həqiqət tamamilə əksidir. Belə bir anlayış mövcuddur: tariximizin dərslərini öyrənməliyik”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Tariximizi oxuyaraq daim çalışırdım ki, başa düşüm: tariximiz bizə hansı dərsi verir, erməni tarixi, erməni xalqının tarixi, Azərbaycanın tarixi və Ermənistanın tarixi bizə hansı dərsləri öyrədir?

Tarixi yenidən oxuduqdan sonra mənim nəticəm belədir: tariximiz bizə deyir – məni təkrarlamayın. Öyrənin, mənimsəyin, amma məni təkrarlamayın”, – Paşinyan bildirib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: