“Rusiyanın Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün platforma təqdim etmək təklif qüvvədə qalır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
Qaluzin sülhün əldə olunması planların həyata keçirilməsi üçün çox iş görülməli olduğunu bildirib:
“Biz Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarına uyğun olaraq, qalan fikir ayrılıqlarının aradan qaldırılması üçün tərəflərə lazımi dəstəyi göstərməyə hazırıq. Kreml Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına xüsusi əhəmiyyət verir. Bu baxımdan, yekun sülh sazişi Moskvada imzalana bilər”.
Safura Bənnayeva
Globalinfo.az