Vigen Euljekyan1

Azərbaycanda həbs həyatı yaşayan livanlı erməni terrorçu Vigen Euljekyan ailəsi ilə əlaqə saxlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Linda Euljekyan erməni KİV-ə danışıb.

“Vigen cümə günü zəng etmişdi. Vəziyyətinin yaxşı olduğunu dedi. Siqaret və kartof istədi.

Siranuş Saakyandan xahiş etdik ki, bunları ona çatdırmağımız üçün hansı variantların olduğunu dəqiqləşdirsin. O bildirdi ki, hazırda bu məsələdə bizə kömək edə bilməzlər, çünki hər hansı bir əşyanı ötürmək üçün variant yoxdur”, – Linda Euljekyan deyib.

Qeyd edək ki, Qarabağda döyüşən livanlı muzdlu terrorçu Vigen Euljekyan 2021-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən 20 il müddətinə azadlıqdan məhrum edilib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: