photo 438457

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Suriyanın keçmiş prezidenti Bəşər Əsədi zəhərləməyə cəhd etməsi ilə bağlı xəbərləri təkzib edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Heç bir zəhərlənmə baş verməyib. Əgər belə şayiələr yaranarsa, onları yayanların vicdanına buraxıram”, – XİN rəhbəri bildirib.

Lavrov qeyd edib ki, Əsəd və ailəsinin Rusiyada olması sırf humanitar xarakter daşıyır.

Qeyd edək ki, bundan əvvəl Əsədin Moskva xəstəxanalarından birindən buraxıldığı bildirilirdi.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: