russe

Rusiyanın Çelyabinsk vilayətinin Çesmenski rayonunda vətəndaş məşhur “Labubu” kostyumunda məntəqəyə gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-lərində məlumat yayılıb.

“Həmin şəxs pasportunun yoxlanması üçün maskasını bir neçə saniyə qaldırıb. Bundan sonra o, sakitcə seçki qutusuna bülleteni atıb. Prosedura tam əməl olunub, yəni seçicinin səsi hesablanacaq”, – deyə bildirilib.

Xatırladaq ki, bu gün Rusiyada səsvermənin sonuncu günü başlayıb. Ruslar qubernatorları, parlament üzvlərini və yerli hakimiyyət orqanlarının nümayəndələrini seçirlər.

fotolabubu

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: