8b528271 8fee 3ffa a2e0 9735677a478f 850

Fələstin rəhbərliyi Fələstin Muxtariyyətini dövlət statusuna yüksəltmək imkanını ciddi şəkildə müzakirə edir və bu barədə 2025-ci ilin sentyabrında Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında birtərəfli bəyanat verməyi planlaşdıra bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” nəşri məlumat yayıb.

Bildirilib ki, bu addımdan öncə Fələstin Prezidenti konstitusiyaya dair bəyanat verməli və Fələstin Milli Şurasına seçkilərin dəqiq vaxtı müəyyən edilməlidir. Rəsmi bəyanat Prezident Mahmud Abbas tərəfindən veriləcək və dövlətin sərhədləri, xarakteri, mahiyyəti və əsasları – yəni Fələstin Konstitusiyası qəbul edilməzdən əvvəl – təsdiqlənəcək.

Mənbə əlavə edib:

“Bu məsələ ilk dəfə 2015-ci ildə gündəmə gətirilib və araşdırılıb, lakin Prezident M.Abbas bu prosesi səbəbsiz olaraq dayandırıb. İndi isə bu ideyaya qayıtmasının iki əsas səbəbi var: birincisi, Fələstin dövlətinin beynəlxalq səviyyədə tanınması üçün uğurlu kampaniyadan doğan stimuldan yararlanmaq; ikincisi, İsrailin işğal altındakı İordan çayının Qərb sahilini birləşdirmə (anneksiya) qərarına qarşı reaksiya vermək”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: