
“Son bir neçə gündə dinamik və bol xəbər axını Ermənistan üçün həm siyasi, həm də maraqlı ola biləcək bir hadisəyə diqqəti cəlb etməyə imkan vermədi. Martın 10-12-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Parisdə dövlət səfərində olub. Burada Fransa ilə Özbəkistan arasında strateji tərəfdaşlıq barədə razılıq əldə olunub. 2023-cü ilin noyabrında isə Fransa Prezidenti Emmanuel Makron Qazaxıstana getmişdi”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Akop Badalyan deyib.
O xatırladıb ki, Qazaxıstan və Özbəkistan böyük uran istehsalçılarıdır və Fransa xüsusilə Afrikada öz mövqelərini itirəndən sonra yeni mənbələr axtarmağa çalışır:
“Diqqətinizi Özbəkistana yönəltmək istərdim. Özbəkistan Türk Dövlətlər Təşkilatının (TDT) üzvüdür. Maraqlısı budur ki, Fransa Orta Asiyadan Avropaya nəqliyyat logistikasını necə olacağını təsəvvür edir? Fransa-Özbəkistan yüksək səviyyəli görüşü kontekstində investisiya portfelinin göstəricisi diqqətəlayiqdir. Mirziyoyevin səfəri zamanı 6,5 milyard avro dəyərində investisiya layihələri paketi hazırlanıb və ümumilikdə Fransa ilə Özbəkistanın birgə investisiya paketi 12 milyard avronu keçib.
Bu, Ermənistana “müqayisə” üçün bir fürsətdir. Burada Ermənistan-Fransa münasibətləri ilə bağlı bir-birindən təsirli çıxışlar eşitmək olar. Təbii ki, Ermənistanın Fransadan müdafiə alışı etməsi yaxşıdır. Dövlətlərarası münasibətlərin dərinliyi və yaxınlığı investisiya proqramları və onların intensivliyi ilə ölçülür”.
Safura Bənnayeva
Globalinfo.az