
“İran şəffaf fəaliyyət göstərir və istər hərbi əməliyyatlara, istərsə də dəstək səylərinə görə məsuliyyəti qəbul edir”.
Globalinfo.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Hüseyn Salami deyib.
O bildirib ki, İran regional müqavimət qruplarının, o cümlədən husilərin siyasətlərini idarə etməkdə rol oynamır:
“Biz gizli fəaliyyət göstərən xalq deyilik. Biz dünyada tanınan və etibarlı hərbi gücə sahibik. Əgər harasa hücum etsək və ya kiməsə dəstək versək, açıq şəkildə bəyan edəcəyik”.
Salami İsrailə qarşı keçirilmiş əməliyyatlara toxunaraq, İranın hər zaman öz hərəkətlərinə görə məsuliyyəti üzərinə götürdüyünü açıqlayıb.
O həmçinin deyib ki, İrana qarşı istənilən təhdid dağıdıcı cavabla üzləşəcək.
Əliyar Xəlil
Globalinfo.az