“ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskiyə qəzəblənib”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
Onun sözlərinə görə, Zelenskinin son hərəkətlərindən sonra ABŞ-dan məhz bu gözlənilməli idi:
“Tramp Zelenskinin legitim olmamasından bəhs edir və ABŞ-ın Ukraynaya xərclədiyi pullarla bağlı hesabat tələb edir. Bu vəziyyət Zelenski üçün xoşagəlməzdir”.
Safura Bənnayeva
Globalinfo.az