ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İordaniya Kralı II Abdullahla görüşdən əvvəl Oval Ofisdə mətbuata açıqlama verib.
Globalinfo.az xəbər verir ki, Qəzzadan fələstinliləri Misir və İordaniya kimi qonşu ölkələrə göndərmək planını xatırladan Tramp anklavın yenidən inşa edilməsi gərəkdiyini bildirib:
“Qəzza ABŞ-ın yurisdiksiyasına veriləcək. Gec-tez Yaxın Şərqdə insanlar üçün çoxlu iş yerləri yaradacaq bu layihəni həyata keçirəcəyik. Misir və İordaniyadan müəyyən qədər torpaq alıb fələstinliləri oraya yerləşdirəcəyik”.
ABŞ-ın Qəzzanı “nəzarət altına almaqla” uzun müddətdir ilk dəfə Yaxın Şərqə sabitlik gətirə biləcəyini müdafiə edən Tramp Qəzzadakı insanların başqa yerdə gözəl və təhlükəsiz yaşayacaqlarını düşünür.
Safura Bənnayeva
Globalinfo.az