Qəzza

İsrail Fələstinin HƏMAS hərəkatı ilə atəşkəs razılaşmasının bir hissəsini yerinə yetirib və Qəzza zolağının ortasından şimala və cənuba bölünən Netzarim dəhlizindən qoşunlarını tamamilə geri çəkib.

Globalinfo.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Bildirilir ki, bu, fələstinlilərə anklav daxilində sərbəst hərəkət etməyə imkan verir.

İsrail ordusu Qəzzadakı strateji mövqelərdən qoşunların çıxarılması ilə bağlı heç bir açıqlama verməyib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: