“BRİKS+ sammitinin dəyirmi masasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan yanaşı əyləşməsi, müzakirələr aparması müsbət hadisədir. Liderlər birdən çox məsələni müzakirə edə bilər. Ehtimal ki, əsas müzakirə COP29 və Ermənistanın tədbirdə iştirakı olub”.
Bu sözləri Globalinfo.az-a politoloq Qədir Aslan deyib.
Onun sözlərinə görə, Azərbaycan Ermənistanın COP29-da iştirak etməsi üçün dəvət göndərib:
“Ermənistanı Bakıda kimin təmsil edəcəyi bəlli deyil. Ümumiyyətlə, Ermənistan Azərbaycanın təklifini hələ qəbul etməyib. Mümkündür ki, liderlər arasında gedən söhbət, müzakirə məhz bununla bağlıdır.
İrəvanı indiki məqamda kimin təmsil edəcəyi, Bakıda təhlükəsizlik tədbirləri düşündürür. Ehtimal ki, liderlər bunu müzakirə edib. Bakıda belə bir görüş baş tutarsa, bu, sülh müqaviləsi çərçivəsində tarixi addım olar”.
Turan Rzayev
Globalinfo.az