xankendi 01

“Ermənistan hakimiyyətinin tərənnüm etdiyi “Sülh müqaviləsi” əslində müharibə haqqındadır və hazırkı şərtlərlə imzalansa, gec-tez müharibəyə gətirib çıxaracaq”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri erməni jurnalist Arutyun Avetisyan deyib.

O bildirib ki, rəsmi İrəvan Azərbaycanın hərbi əməliyyatlara başlamamasını öz müdrik diplomatiyasının nəticəsi kimi təqdim edir:

“Reallıq ondan ibarətdir ki, müharibəyə başlamaq Azərbaycan üçün mənasızdır. Ermənistanın “qüdrəti” Azərbaycanın bütün tələblərini yerinə yetirənə qədər davam edəcək. Bunun baş tutması Ermənistanın süqut etməsi deməkdir. Hakimiyyəti hansısa formada əlində saxlamaq istəyən Nikol Paşinyan sözügedən prosesə qarşı deyil.

Qərbi azərbaycanlıların qayıdışı ehtimalını Ermənistan hökuməti rəsmən inkar etməyib. 5 il əvvələ qədər Xankəndidə Azərbaycan bayrağının dalğalanacağı mümkünsüz görünürdü, amma indi vəziyyət dəyişib, reallıqlar fərqlidir. Qərbi Azərbaycanla bağlı prosesin də baş tutması qaçılmazdır”.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: