Sentyabrda mühüm hadisələr olacaq – Orbandan ANONS

Ukrayna ilə bağlı sülh təşəbbüsünün bir hissəsi olaraq yeni “yüksək səviyyəli” tədbir elan edilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban məlumat yayıb.

O, Macarıstanın sülhməramlı missiyasının davam etdiyini bildirib:

“Sentyabrda sülh təşəbbüsü ilə bağlı nəzərəçarpacaq dəyişiklik olacaq. Hələlik gələcək hadisənin təfərrüatları barədə məlumat verməyəcəm”.

Qeyd edək ki, iyulun 2-də Orban Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə münaqişənin həlli ilə bağlı danışıqlar aparıb. Bundan sonra macar siyasətçi “sülh missiyasını” davam etdirmək üçün Moskvaya gəlib və Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparıb.

Safura Bənnayeva
Globalinfo.az