Zelenskinin “Qələbə Planı”na ABŞ-dan reaksiya: “Narahatlığa səbəb olub”

metyu miller

Zelenski oktyabrın ortalarında “qələbə planı”nı təqdim edərək, onun həyata keçirilməsi fonunda  Ukraynadakı münaqişəyə 2025-ci ildən gec olmayaraq son qoyulacağını açıqladı. Amma Zelenskinin “Qələbə planı” ABŞ-ın müttəfiqlərinin narahatlığına səbəb olub və onun müddəalarının müzakirəsi davam edir.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

“Mən bunun vəziyyəti çətinləşdirdiyini düşünmürəm. Amma bir sıra NATO müttəfiqlərimizin narahatlığına səbəb olur”, – Miller vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Zelenskinin “qələbə planı”nı uyğunsuz şüarlar toplusu adlandırıb. Onun sözlərinə görə, bu plan NATO-nu yalnız Rusiya ilə birbaşa münaqişəyə sövq edir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Kiyev hakimiyyəti üçün əsl sülh planı onların yeritdikləri siyasətin mənasızlığını dərk etmək olacaq.

Müşviq Tofiqoğlu
Globalinfo.az