“İsrail Hərbi Hava Qüvvələrinin onlarla döyüş təyyarəsi Livanın cənubunda “Hizbullah” hərəkatının hədəflərinə zərbələr edir”.
Globalinfo.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həqari deyib.
“Hizbullah” terror qruplaşması təhdidini məhv etməyə və intensiv zərbələr endirməyə davam edirik”, – o bildirib.
Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri “Hizbullah”ın raket hücumu etməyə hazırlaşdığı barədə məlumat aldıqdan sonra əvvəlcədən zərbələr endirməyə başlayıb.
Safura Bənnayeva
Globalinfo.az