Ermənistan Baş naziri Nikol Paşinyanın velosiped turu təşkil etməsi yerli mediada geniş müzakirəyə səbəb olub.
Globalinfo.az xəbər verir ki, Paşinyan tura qoşulmaq üçün dörd şərtinin olduğunu bildirib.
“Birincisi, velosipedə sahib olmaq, ikincisi, marşrutu mən qərar verirəm, üçüncüsü, siyasiləşdirməmək, dördüncüsü, işə başladığı üçün saat 07.00-da qayıtmalıyıq”, – Ermənistan baş naziri qeyd edib.
Onun xüsusən ilk şərti (velosipedə sahib olmaq) gülüş obyektinə çevrilib. Ölkədə etirazların yaşandığı vaxtda Paşinyanın belə addım atması Ermənistan ictimaiyyətində birmənalı qarşılanmayıb.
Safura Bənnayeva
Globalinfo.az