Rusiya Ukraynanı “zəlzələ effektli” bomba ilə vurdu

“Rusiya Aerokosmik Qüvvələri (VKS) Ukrayna Silahlı Qüvvələrinin (AFU) Xarkov vilayətində yerləşən hərbi obyektinə bomba atıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə Xarkov polisi məlumat yayıb.

Məlumata görə, təyyarədən bir ton yarım ağırlığında bomba atılıb:

“Yüksək partlama gücü olan “FAB-1500″ bombası düşdü. “Zəlzələ effektli” bombanın içərisində 670 kiloqram partlayıcı var”.

Xarkov İstintaq İdarəsinin rəisi Sergey Bolvinov hücum anını təsvir edib. Onun sözlərinə görə, hərbi anbara dəyən zərbə həqiqətən də zəlzələ ilə müqayisə oluna bilər. O, Rusiyanın belə silahlardan ilk dəfə istifadə etdiyini fikrini irəli sürüb.

“Ətrafda hər şey silkələndi, sanki zəlzələ olur. Bir zərbədə bütöv bir küçə dağıldı. İlk dəfə idi ki, bizə qarşı belə güclü silahlardan istifadə edilirdi”, – Bolvinov bildirib.

Safura Bənnayeva
Globalinfo.az