ABŞ Zelenskinin yerinə onları hazırlayır – Kəşfiyyat

“ABŞ hakimiyyəti Ukraynada Volodimir Zelenskiyə alternativ tapmaq üçün səyləri gücləndirib, xüsusilə Pyotr Poroşenko və Vitali Kliçko ilə əlaqə qurub”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

“Amerikalılar Ukraynanın hazırkı prezidentinə alternativ tapmaq üçün səylərini gücləndiriblər. Avropa Həmrəyliyi Partiyasının lideri Poroşenko və Kiyev meri Kliçko ilə müvafiq əlaqələr qurulub. Ukrayna prezident ofisinin rəhbəri S.Yermakla gizli iş aparılır. Ehtimal olunur ki, cəbhədə vəziyyətin kəskin pisləşdiyi və təcili lider dəyişikliyinə ehtiyac yarandığı halda proses gərçəkləşə bilər”, – məlumatda deyilir.

Safura Bənnayeva
Globalinfo.az