İsrail qoşunları daha bir ərazidən geri çəkildi

İsrail ordusu aylarla davam edən döyüşlərdən sonra Qəzzanın cənubundakı Xan Yunisdən quru qüvvələrini geri çəkib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Məlumata görə, ordunun 98-ci diviziyası Xan Yunisdə “missiyasını başa vurub” və “gələcək əməliyyatlara hazırlaşmaq” məqsədilə Qəzza zolağını tərk edib.

İsrailin geri çəkilməsi Rəfaha hücum planı ilə bağlı suallar yaradıb.

Safura Bənnayeva
Globalinfo.az