Ermənistan MN məlumat yaydı, Ayrapetyan özündən çıxdı

“Bütün aidiyyəti idarələr Azərbaycanın atəş açması ilə bağlı yaydığı hesabatda “qanunsuz və məqsədsiz atəş” ifadəsini qeyd edirlər”.

Globalinfo.az xəbər verir ki, bunu azərbaycanşünas ekspert Tatevik Ayrapetyan Ermənistan Müdafiə Nazirliyinin yaydığı bəyanata münasibət bildirərkən deyib.

“Bu günə qədər atəşlərin hansı məqsədlə açıldığını başa düşmürlər ya bizim anlamadığımızı düşünürlər?”, – T.Ayrapetyan yazıb.

Qeyd edək ki, Azərbaycan Ordusu atəşkəs rejimini pozmur, yalnız erməni təxribatına adekvat cavab verir.

Safura Bənnayeva
Globalinfo.az