Hippinin “Ermənistana hücum olarsa” açıqlamasının səbəbi… – Surenyants

“Böyük Britaniyanın müdafiə naziri Ceyms Hippinin ölkənin Ermənistanın KTMT-dən çıxmaq istəyini suveren hüquq kimi tanıması və Rusiyanın cavab təhdidləri olacağı təqdirdə Avro-Atlantik müttəfiqləri ilə birlikdə İrəvana dəstək göstərəcəkləri ilə bağlı açıqlamasının arxasında başqa maraqlar var”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.

“Bizə açıq şəkildə ikinci Ukrayna olmağı təklif edirlər. Bu halda Qərbi prosesin nəticəsi deyil, Ermənistan dövlətçiliyinin itirilməsinə səbəb ola biləcək prosesin özü maraqlandırır. Əgər kiməsə elə gəlirsə ki, indi Qərbin yüksək səslənən vədləri başqa cür təsir bağışlayacaq, deməli, onlar aldanıblar. Qərb mərkəzlərinin məqsədi regionda Rusiya və İranın təsirini zəiflətməkdir. Bunun nəticəsində erməni xalqının və ya Ermənistanın başına nə gələcək, onları maraqlandırmır”, – Surenyants bildirib.

Safura Bənnayeva
Globalinfo.az