Rusiyanın bizimlə bağlı başqa fikri var – Ağazaryan

Erməni deputat Ovik Ağazaryan ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Milli Məclisdə deputatlarla görüşündə müzakirə etdiyi məsələlərə münasibət bildirib. 

Globalinfo.az xəbər verir ki, o bu barədə “24 Nyus”a danışıb.

“Heç kimə sirr deyil ki, Rusiya ilə münasibətlərimiz kifayət qədər gərgindir və ola bilər, Kreml müəyyən iqtisadi rıçaqlardan istifadə edir, bu halda biz nə etməliyik? Rusiyada siyasi şərhçilər, hərbi və siyasi xadimlər KTMT-yə münasibətimizlə bağlı hay-küy salırlar, qabaqcadan hücuma keçib deyirlər ki, belə olan halda təzyiq göstərilməlidir. Əsl məqsəd tamam başqadır, onlar bu addımları ilə respublikamızın daxilində narazılıq yaratmaq, hakimiyyət çevrilişi həyata keçirməyi planlaşdırırlar”, – Ağazaryan deyib.

Safura Bənnayeva
Globalinfo.az