Paşinyan bəyan edib: bizi aparır – Sərkisyan

“Nikol Paşinyan Münhendə erməni icması ilə görüşündə sülh prosesinin iflasa uğradığını etiraf edib. O deyib ki, əldə edilmiş razılaşmalara əməl olunarsa, bu, sərhəddəki gərginliyin azalmasına töhfə verəcək”.

Globalinfo.az xəbər verir ki, bunu erməni jurnalist Oskan Sərkisyan deyib.

“Burada əsas söz “əgər”dir, yəni heç bir zəmanət yoxdur. Paşinyan onu da bildirib ki, sülh müqaviləsinin bir sıra maddələri razılaşdırılıb, bir sıra açıq maddələr prinsipial əhəmiyyət kəsb edir, hələ də razılıq yoxdur.

Uğursuz liderlər istefa verirlər, amma bu, Nikol Paşinyana aid deyil, o, Ermənistanı cəhənnəmə aparacağını bəyan etdi, başa düşün, cəhənnəmə”.

Safura Bənnayeva
Globalinfo.az