250 nəfərin olduğu İsrail təyyarəsini qaçırmaq istədilər

Naməlum şəxslər İsrailin “El Al” aviaşirkətinə məxsus təyyarəsinin rabitə sisteminə nəzarəti ələ keçirməyə cəhd ediblər.

Globalinfo.az xəbər verir ki, hadisə təyyarə Somali üzərində Taylanddan İsrailə uçarkən baş verib.

Məlumata görə, təyyarədə sərnişin və ekipaj üzvləri ilə birlikdə 250 nəfər olub. Naməlum şəxslər təyyarənin təyinat nöqtəsini dəyişməyə çalışıblar. Rabitə sistemi üzərində bir-birinin ardınca fərqli marştrutlar qeyd edilib. Pilotlar vəziyyətin normal olmadığını anlayıb və alternativ rabitə vasitələrinə keçiblər.

Pilotlar ərazidəki digər hava hərəkəti dispetçerləri ilə yoxlama aparıb və naməlum şəxslərin onları çaşdırmağa çalışdıqlarını anlayıblar.

Əliyar Xəlil
Globalinfo.az