25 futbolçuya eyni gündə çağırış vərəqəsi verildi

Kiyev “Obolon”unun futbolçuları Ukrayna ordusuna kollektiv çağırış alıblar.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda “Strana.UA” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, ərazi işə qəbul mərkəzinin əməkdaşları Ukrayna Premyer Liqasının (UPL) turnir cədvəlində sonuncu yerdə qərarlaşan paytaxt komandasının 25 futbolçusuna bildiriş göndərib.

Qeyd edək ki, bir gün əvvəl Ukrayna hakimiyyəti Ukrayna Silahlı Qüvvələri sıralarına hərbi qulluqçuların cəlb edilməsini gücləndirib.