228 saat sonra 3 möcüzə birdən yaşandı – VİDEO

Türkiyənin Kahramanmaraş şəhərində dağıdıcı zəlzələnin 10-cu günü 42 yaşlı qadın xilas edilib.

Globalinfo.az xəbər verir ki, yeraltı təkanlardan 222 saaat sonra Melike İmamoğlu dağıntılar altından sağ çıxarılıb. Qadının sağ olması qənaətinə gələn xilasedicilər xüsusi vasitələrlə tunel açaraq onu dağıntılar altından çıxarmağı bacarıblar. Şüuru açıq olan qadın dərhal xəstəxanaya aparılıb. Onun səhhətinin hansı vəziyyətdə olması ətraflı müayinədən sonra məlum olacaq.

Qeyd edək ki, M.İmamoğlu zəlzələdən sonra rekord müddətə sağ xilas edilən şəxsdir. Dağıntılar altında axtarış-xilasetmə tədbirləri davam etdirilir.

***

Kahramanmaraşda 74 yaşlı Cemile Kekeç adlı digər bir qadın isə 227 saat sonra xilas edilib.

***

Bununla yanaşı, Hatayın mərkəzi Antakya rayonunda, Oymak küçəsində yerləşən “Uğur Apartman”ın dağıntıları altından 228 sonra ana və iki uşağı (Ana Ela, uşaqları Meysam və Əli Bağdəti) xilas edilib.

Ana onu xilas edən heyətdən “hansı gündəyik?” deyə sual verib.

Həmin anın videogörüntülərini təqdim edirik: